Modern.az

Paşinyan köməkçisini Qarabağa niyə göndərib?

Paşinyan köməkçisini Qarabağa niyə göndərib?

Analitika

12 İyul 2021, 17:41

“Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan köməkçisi Qaqik İsaxanyanı “dörd günlük işgüzar səfərlə” Qarabağa niyə göndərib? Görünür, Paşinyan bununla həm Qarabağdakı ermənilərin, həm Azərbaycanın, həm də Rusiyanın nəbzini yoxlamaq istəyir”.

Modern.az-ın məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.


Onun sözlərinə görə, Paşinyan keçmiş illərdə nə vaxt kefi istədi Qarabağa özü gələrdi, ancaq müharibədən sonra bu gəlişin ciddi riskləri var və artıq bunu anlayır.

“Birincisi, Qarabağ ermənilərinin əksər hissəsi müharibədəki məğlubiyyətə görə Paşinyanı günahkar sayırlar və onun Xankəndinə gəlişi etirazla qarşılanacaq.

İkincisi, Paşinyan Xankəndinə səfər məsələsində Moskvadan da asılıdır, Kremlin icazəsi alınmalıdır.

Üşüncüsü, Paşinyanın Xankəndiyə mümkün təxribatçı səfərinə Azərbaycanın da reaksiyası həlledici olacaq. Bütün bunları nəzərə alan Paşinyan özündən əvvəl köməkçisini göndərir ki, Qarabağ ermənilərinə bununla “mən sizi unutmamışam” demək istəyir.

Rusiyanın və Qarabağ ermənilərinin Paşinyanın Xankəndiyə mümkün “səfərinə” reaksiyası bizi az maraqlandırmalıdır. Söz sahibi biz olmalıyıq və indidən həm Moskvaya, həm də İrəvana mesaj göndərməliyik ki, Nikol Paşinyan Xankəndinə gələrsə, bu, bölgədəki vəziyyət gərginləşdirəcək və Azərbaycanı müvafiq addımlar atmağa məcbur edəcək. Bu açıqlamanı rəsmilərimiz və ya Xarici İşlər Nazirliyimiz bəyanat formasında indidən səsləndirməlidirlər ki, Moskva və İrəvan hesablarını götürsünlər, əks halda erməni rəsmiləri sərhəddimizi pozmaqda davam edəcəklər”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır