Modern.az

Nazirlikdən əlillik təyinatı ilə bağlı AÇIQLAMA

Nazirlikdən əlillik təyinatı ilə bağlı AÇIQLAMA

Aktual

13 İyul 2021, 10:34

Əlilliyin qiymətləndirilməsi işləri davam etdirilir.

Bu ilin 6 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən  ümumilikdə 21 525 şəxsə əlillik təyin edib.

Agentlikdən Modern.az-a verilən məlumata görə, onlardan 7 018 nəfərə ilkin, 14 507 nəfərə isə təkrar əlillik təyinatı aparılıb. 2020-ci ilin analoji dövrü ilə müqayisədə təyinatların sayı 68% artıb.

Həmin şəxslərə əlilliyə görə müvafiq sosial ödənişlər də təyin olunub.

Əlilliyin qiymətləndirilməsi vətəndaş-məmur (ekspert) təması olmadan, “Əlillik” altsistemi üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.



Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir