Modern.az

Bu şəxslərə elmi dərəcələrə və elmi adlara görə əlavələr ödəniləcək

Bu şəxslərə elmi dərəcələrə və elmi adlara görə əlavələr ödəniləcək

Aktual

13 İyul 2021, 17:29

Səhiyyə işçilərinə elmi dərəcələrə və elmi adlara görə əlavələr ödəniləcək.

Modern.az-ın məlumatına görə, bu, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na edilən dəyişiklikdə əksini tapıb.

 

Belə ki, Qaydaya “Elmi dərəcələrə və elmi adlara görə ödənilən əlavələrin məbləğləri” adlı yeni bənd daxil edilib.

Səhiyyə işçiləri bilavasitə ixtisası üzrə çalışdıqları hallarda elmlər doktoru elmi dərəcəsinə görə 80 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə isə 40 manat məbləğində əlavələr hesablanacaq.

Qaydaya edilən bu dəyişiklik 1 iyul 2021-ci il tarixindən qüvvəyə minir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat