Modern.az

Gələn il büdcədən elm, təhsil və səhiyyəyə bu qədər vəsait ayrılacaq - STATİSTİKA

Gələn il büdcədən elm, təhsil və səhiyyəyə bu qədər vəsait ayrılacaq - STATİSTİKA

13 Oktyabr 2012, 13:36

2013-cü il elm xərclərinə 129,1 milyon manat, 2012-ci illə müqayisədə 5,7 milyon manat və ya 4,6 % çox vəsait ayrılması proqnozlaşdırılıb. Bu barədə Modern.az-a Nazirlər Kabinetindən məlumat verilib. Həmin xərclər fundamental elm tədqiqatlarının maliyyələşməsinə yönəldiləcək. Bu sırada Elmin İnkişafı Fonduna 7 milyon manat vəsait ayrılıb. 

2013-cü ildə təhsil xərcləri üçün 1 milyard 530 milyon 400 min manat proqnozlaşdırılıb. Bu,  2012-ci illə müqayisədə 18,8 milyon manat və ya 1,2% çoxdur. Təhsil xərcləri üçün ayrılmış vəsaitin 798,8 mln. manatı və ya 52,2 faizi natamam və orta təhsil xərclərinin, 394,4 mln. manatı və ya 25,8 faizi təhsil sahəsində tətbiqi tədqiqatlar və təhsil sahəsində digər xidmətlərin, 57,2 mln. manatı və ya 3,7 faizi ali təhsil xərclərinin, 145,8 mln. manatı və ya 9,5 faizi məktəbəqədər və ibtidai təhsil xərclərinin, 81,1 mln. manatı və ya 5,3 faizi texniki-peşə məktəblərinin və liseylərin, 53,1 mln. manatı və ya 3,5 faizi internat və xüsusi məktəblərin maliyyələşdirilməsinə yönəldiləcək.

Səhiyyə xərcləri üçün isə 2013-cü ilin dövlət büdcəsindən 666,3 milyon manat ayrılacaq. Bu,  2012-ci illə müqayisədə 3,6 milyon manat və ya 0,5% çoxdur. Ayrılan vəsaitin 326,8 mln. manatı və ya 49,0 faizi xəstəxanaların, 98,0 mln. manatı və ya 14,7 faizi poliklinikalar və ambulatoriyaların saxlanılması xərclərinə, 232,4 mln. manatı və ya 34,9 faizi səhiyyə sahəsində digər xidmətlər üzrə xərclərə, 9,1 mln. manatı və ya 1,4 faizi səhiyyə sahəsində tətbiqi tədqiqatlar və səhiyyə sahəsinə aid edilən digər xidmətlər üzrə xərclərə yönəldiləcək. Son 5 ildə (2009-2013-cü illər) dövlət büdcəsinin cari xərclərində səhiyyə xərcləri 263,9 mln. manat və ya 65,6 faiz artıb.

Modern.az    
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir