Modern.az

Vaksinasiya məntəqələrinin sayı artırıldı

Vaksinasiya məntəqələrinin sayı artırıldı

Aktual

14 İyul 2021, 18:54

Əhali arasında "COVID 19" əleyhinə vaksinlərə tələbatın artması nəzərə alınaraq vaksinasiya məntəqələrinin sayı artırılıb.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Modern.az-a verilən məlumata görə, xidmətin əlçatanlığını təmin etmək məqsədilə 15 iyul 2021-ci ildən "Yeni Klinika" Tibb müəssisəsində “CoronaVac” və “Biontech/Pfizer” peyvəndlərinin vurulmasına başlanacaq.



Peyvənd məntəqəsi həftə içi 5 gün, səhər saat 9:00-dan axşam 16:00-a kimi fəaliyyət göstərəcək.



Vaksinlərin tətbiqi canlı növbə əsasında həyata keçiriləcək.


Ünvan : Yeni klinika (Heydər Əliyev pr.142, Bakı)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat