Modern.az

“Azərbaycana “Delta” ştammının gəlməsi gözlənilən idi”

“Azərbaycana “Delta” ştammının gəlməsi gözlənilən idi”

Aktual

15 İyul 2021, 12:19

“Artıq Azərbaycana koronavirusun “Delta” ştammı gəlib. Bu da gözlənilən idi”.

 

Modern.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

 

ÜST rəsmisi ştammın daha yoluxucu olduğunu bir daha xatırladıb:

“Bu səbəbdən də daha çox insanı xəstələndirə bilər”.

 

H.Harmancı bu ştamma qarşı xüsusi tədbirlərin görülməsinə ehtiyac olmadığını deyib:

“Görüləcək tədbirlər sırasında çox böyük fərq yoxdur. İlk olaraq peyvənd vurdurmaq, ikincisi, hər zaman dediyimiz kimi gigiyenik qaydalara əməl etmək lazımdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir