Modern.az

Uşaqlarının gözü qarşısında narkotik qəbul edən ata və ana narkoloji mərkəzə göndəriləcək - Rəsmi

Uşaqlarının gözü qarşısında narkotik qəbul edən ata və ana narkoloji mərkəzə göndəriləcək - Rəsmi

Aktual

15 İyul 2021, 18:45

Sosial şəbəkələrdə Suraxanı rayonunda bir qadının azyaşlı uşağının gözü qarşısında narkotik vasitələrdən istifadə etdiyi ehtimal olunandan sonra düşdüyü vəziyyətlə bağlı yayılan videolar nəzarətə götürülüb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib.

 

DİN rəsmisi qeyd edib ki, ərazi üzrə dərhal Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları rayon icra hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvləri ilə birgə həmin ünvana baxış keçiriblər:

 

"Araşdırma zamanı həmin ailə üzvləri ana Arzu Mehtiyeva və ata Valeh Balacayevin tüfeyli həyat tərzi keçirdikləri müəyyən edilib. Buna baxmayaraq ananın və atanın narkotik maddələrdən istifadə etdikləri şübhə doğurduğundan onlar polis bölməsinə dəvət ediliblər. Arzu Mehtiyeva və Valeh Balaayevin narkotik maddələr aludəçisi olub-olmadıqlarını müəyyən etmək üçün onlar müayinə üçün narkoloji mərkəzə göndəriləcəklər.

 

Onların narkotik vasitələr alidəçisi olduqları təsdiq edilsə həmin şəxslərin məhkəmənin qərarı ilə məcburi qaydada müalicəyə göndərilməsi təmin olunacaq. Bundan sonra ailənin azyaşlı övladının gələcək taleyi ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanda qərar qəbul ediləcək".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir