Modern.az

Stomatoloji xidmətlər icbari tibbi sığorta paketə daxil edilə bilər?

Stomatoloji xidmətlər icbari tibbi sığorta paketə daxil edilə bilər?

Aktual

16 İyul 2021, 11:06

Vətəndaşlar 1 aprel 2021-ci ildən ölkə üzrə tətbiq edilən icbari tibbi sığorta xidmətlərinə yenilərinin əlavə olunmasını təklif ediblər. Aylıq əməkhaqqından 2 fazi tutulduğunu əsas gətirən vətəndaşlar stomotoloji xidmətlərin də paketə daxil edilməsini istəyib.

 

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Modern.az-a bildirilib ki, yeni tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsinin aşağıdakı meyarlar üzrə aparılır:

- Rəsmi statistik göstəricilərə əsasən son 5 (beş) il müddətində əhalinin ölüm faizi yüksək olan xəstəliklər və sağlamlığın pozulması ilə bağlı digər vəziyyətlər;

- Rəsmi statistik göstəricilərə əsasən son 5 (beş) il müddətində əhali arasında əlillik faizi yüksək olan xəstəliklər və sağlamlığın pozulması ilə bağlı digər vəziyyətlər;

- Rəsmi statistik göstəricilərə əsasən son 5 (beş) il müddətində sayında davamlı artım müşahidə olunan xəstəliklər və sağlamlığın pozulması ilə bağlı digər vəziyyətlər;

- Tibbi xidmətlərin dəyərinin rəsmi statistik göstəricilərə əsasən son 5 (beş) il müddətində həmin tibbi xidmətlərə ehtiyacı olan şəxslərin sayı nəzərə alınmaqla, icbari tibbi sığorta fondunun maliyyə imkanlarına mütənasibliyi;

- Müayinə və ya müalicə üsullarının sübutlu təbabət prinsiplərinə uyğunluğu;

- Müayinə və ya müalicə üsullarının iqtisadi səmərəliliyi;

- Tibbi xidmətlərin Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən tibb müəssisələri tərəfindən göstərilməsi. 

Sizə yeni x var
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir