Azərbaycanda son sutkada 40774 nəfərə koronavirus (COVID-19) əleyhinə vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 18123 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 22651 nəfərdir.
Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 4283501 COVID-19 əleyhinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2548890 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1734611 nəfərdir.