Modern.az

Fövqəladə Hallar Nazirliyi: “Torpaq sürüşməsi davam edir”

Fövqəladə Hallar Nazirliyi: “Torpaq sürüşməsi davam edir”

Təhsil

11 Fevral 2010, 15:24

Fövqəladə Hallar Nazirliyi (FHN) Muğanlı-İsmayıllı avtomobil yolunun 2-ci kilometrliyində baş verən  torpaq sürüşməsi haqqında məlumat açıqlayıb. Modern.az xəbər verir ki, FHN-dən hadisənin  fevralın 10-da saat 22:20 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun 2-ci, 5-8-ci kilometrliyində baş verdiyi bildirilib. st1:*{behavior:url(#ieooui) } Baş vermiş torpaq sürüşməsi ilə əlaqədar nazirliyin Şimal-qərb Regional Mərkəzinin əməkdaşları və xilasediciləri hadisə yerindədirlər. Sürüşmə baş verən ərazi Ağsu çayının sahilində yerləşir və sürüşmə sahəsinin uzunluğu 400-500 m, eni 30-70 m, qırılma qaşının hündürlüyü 3-5 m-dir. Torpaq sürüşməsinin baş verdiyi Muğanlı-İsmayıllı avtomobil yolunda sürüşmə fasilələrlə davam edir və saatda 1-1,3 metrədək məsafədə torpaq axını müşahidə olunur. Təhlükənin qarşısının alınması məqsədilə hazırda nazirliyin Şimal-qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən ərazi nəzarətə götürülüb.    

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?