Modern.az

Bu gün ictimai nəqliyyat İŞLƏYƏCƏK

Bu gün ictimai nəqliyyat İŞLƏYƏCƏK

Aktual

17 İyul 2021, 01:00

Bu gün - 17 iyulda ictimai nəqliyyat işləyəcək.

 

Nazirlər Kabinetindən Modern.az-a verilən məlumata görə, 18, 19, 20, 21 iyul bayram günlərində ictimai nəqliyyat, o cümlədən metro işləməyəcək.

 

Qeyd edək ki, 20-21 iyul Qurban bayramına təsadüf etdiyindən Azərbaycanda qeyri-iş günləridir. İstirahət günlərinin ardıcıdllığını təmin etmək üçün Nazirlər Kabineti tərəfindən 17 iyul (şənbə) və 19 iyul (bazar ertəsi) günlərinin yeri dəyişdirilib.

 

Bu dəyişiklikdən əvvəl verilən xüsusi karantin rejimində ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı sonuncu qərara əsasən, 17 iyul şənbə gününə təsadüf etdiyindən, ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırılırdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir