Modern.az

DİN dili qoparılan 5 yaşlı uşağın işini nəzarətə GÖTÜRDÜ

DİN dili qoparılan 5 yaşlı uşağın işini nəzarətə GÖTÜRDÜ

Aktual

17 İyul 2021, 15:34

“5 yaşlı uşağın anası və onun sevgilisi tərəfindən zorakılığa məruz qalması məsələsi polis tərəfindən nəzarətə götürülüb”.

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Modern.az-ın sorğusuna cavab olaraq bildirib.

 

E.Zahidov deyib ki, hazırda araşdırma aparılır, hadisə təsdiqini taparsa, qanun çərçivəsində müvafiq cəza tədbirləri tətbiq olunacaq.

 

Qeyd edək ki, hadisə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə tərəfindən  sosial şəbəkə hesabında ictimailəşdirilib.

Bu barədə Modern.az-ın yazısından da tanış olmaq mümkündür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir