Modern.az

Dövlət Komitəsi dili qoparılan uşaq haqda: “Vəziyyəti orta-ağırdır”

Dövlət Komitəsi dili qoparılan uşaq haqda: “Vəziyyəti orta-ağırdır”

Aktual

17 İyul 2021, 15:52

“Zorakılığa məruz qalan 5 yaşlı uşağın vəziyyəti orta-ağırdır”.

 

Bunu Modern.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

 

Onun sözlərinə görə, azyaşlı hazırda xəstəxana şəraitində müalicə alır: “Eyni zamanda, hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Nəticələrdən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

 

Komitə rəsmi deyib ki, hazırda azyaşlı dövlətin tam nəzarəti altındadır.

 

Qeyd edək ki, sözügedən hadisə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə tərəfindən  sosial şəbəkə hesabında ictimailəşdirilib. Hüquq müdafiəçisi azyaşlının nənəsinə istinadən, onun dəfələrlə anası və sevgilisi tərəfindən zorakılığa məruz qaldığını bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir