Azərbaycanda son sutka ərzində 39 986 nəfər koronavirusa qarşı peyvənd olunub.
Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 430, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 556 nəfərdir.
Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 4 323 487, birinci mərhələ üzrə peyvənd olunanların sayı 2 566 320, ikinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 757 167 nəfərə çatıb.