Modern.az

Adil Əliyev Almaniya mətbuatında Ermənistanın provakasiyasından yazdı

Adil Əliyev Almaniya mətbuatında Ermənistanın provakasiyasından yazdı

18 İyul 2021, 10:43

Milli Məclis Sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev Ermənistanın mina xəritələrini verməməsi və son günlərdə təxribatlar törətməyə cəhd etməsi barədə məqaləsi Almaniya mətbuatında işıqlandırılıb.

 

Modern.az xəbər verir ki, sədr müavini məqaləsində Ermənistanın 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamasını və bu müddət ərzində bir milyondan artıq Azərbaycan vətəndaşının öz yurd yuvasını tərk etməsini, Xocalı kimi tarixdə misli görünməmiş bir soyqırımın törədilməsini qeyd edib. Ermənistanın təcavüz faktını qınayan və torpaqların dərhal və qeyd-şərtsiz boşaldılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin olmasına baxmayaraq, Ermənistanın həmin qətnamələrin icrasını 30 il ərzində rədd etdiyini bildirib.


Ermənistanın ümumiyyətlə, sülh danışıqlarından imtina edərək, mütəmadi cəbhəyanı ərazilərdə təxribatlar törətməsini və nəticədə mülki vətəndaşlarımızın və hərbçilərimizin şəhid olmasını qeyd edib. Sədr müavini məqaləsində Ermənistanın 27.09.2020-ci il tarixdə törətdiyi növbəti təxribatın ordumuz tərəfindən qarşısının alındığını və müharibədə Ermənistan üzərində qələbə çaldığımızı, nəticədə müharibənin dayandırılması və məcburi köçkünlərin evlərinə qayıtmasını ehtiva edən 10.11.2020-ci il tarixdə üçtərəfli Bəyannamənin imzalanmasını qeyd edib.


Məqalədə Ermənistanın 30 il işğal altında saxladığı əraziləri tamamilə viran qoymasını, eləcə də tarixi və mədəni abidələri dağıdılması qeyd edilib. Hazırda da, Ermənistanın mina xəritələrinin verilməsindən imtina etdiyini, xəritələrinin verilməməsi səbəbindən vətəndaşlarımızın minaların partlaması nəticəsində həlak olması vurğulanıb. İkisi jurnalist, biri dövlət qulluqçusu olan üç nəfər vətəndaşımızın çəkiliş üçün getdiyi ərazilərdə şəhid olmasına diqqət çəkən Sədr müavini, Bəyannamə imzalandığı vaxtdan bu vaxta qədər 30-a yaxın vətəndaşımızın həmin minaların partlaması nəticəsində həlak olmasını, habelə 100-ə yaxın vətəndaşlarımızın isə yaralanmasını, Ermənistanın xəritələrinin yerini verməməsini humanitar hüququn prinsiplərinə zidd olmasını qeyd edib.


Habelə, Ermənistanın son günlər ərzində Kəlbəcər, Gədəbəy, Naxçıvan, Tovuz istiqamətində atəşkəsi mütəmadi olaraq pozmasına diqqət çəkən Sədr müavini bununla da Ermənistanın üzərinə götürdüyü öhdəlikləri icra etməməsini, qeyd olunan halların sülhün qarşısında ən böyük maneə olması bildirib.

 

Məqalə ilə bu linkdən tanış ola bilərsiniz:

//nex24.news/2021/07/vize-parlamentsvorsitzender-adil-aliyev-verurteilt-armeniens-provokationen/

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər