Modern.az

Yunanıstanda koronavirusa görə musiqi qadağası

Yunanıstanda koronavirusa görə musiqi qadağası

18 İyul 2021, 13:28

Yunanıstanın Mikonos adasında yoluxma sayının artması ilə çox sərt qadağalar tətbiq edilib.


Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Yunan Mülki Müdafiə Nazirliyi bölgədə koronavirus sayının artmasından sonra mağazalarda, kafe və çimərliklərdə musiqi çalınmasını qadağan edib.


Gecə 01:00-06:00 arasında komendant saatı tətbiq edən Yunanıstanda yalnız hər iki doza peyvəndi vurdurmuş şəxslərin qapalı məkanlarda yemək yeməsinə və gecə klublarına getməsinə icazə verilirdi.


Yunanıstanda musiqi qadağasından sonra Mikonos bələdiyyə başçısı Konstantinos Koukas, “Turizm mövsümünün ortalarında belə bir qərar vermək haqsız və səhvdir. Mikonosdakı musiqinin susdurulması turistlərin digər adalara getməsinə səbəb olacaq" – deyə qərara etiraz edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?