Modern.az

Gürcüstanda parlament önünə çox sayda polis yeridildi

Gürcüstanda parlament önünə çox sayda polis yeridildi

18 İyul 2021, 13:59

Ölkə parlamentinin giriş-çıxış yerlərinə və ətrafına çox sayda polis cəlb olunub.

 

Modern.az  Gürcüstan mediasına istinadla xəbər verir ki, parlamentin daxil olma hissələrində polis kordon yaradıb. Məlumat üçün bildirək ki, bu gün ölkə parlamentində Daxili işlər naziri Vaxtanq Qomelauri hesabat xarakterli çıxış edəcək. Bununla bağlı Qomelauri özü parlamentə müraciət edib və 5-6 iyul hadisələri ilə bağlı çıxış etmək istədiyini və millət vəkillərinin suallarını cavablandırmaq istədiyini bildirib.

 

Qeyd edək ki, ötən gün etiraz aksiyası keçirən media nümayəndələri nazirin parlamentə daxil olmasını etirazlarla qarşılayacaqlarını bildirmişdilər.

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı