Modern.az

Qənirə Paşayeva təltif edilib

Qənirə Paşayeva təltif edilib

Dünya

16 Oktyabr 2012, 10:15

Millət vəkili Qənirə Paşayeva Türkiyənin Karabük Universitetinin rektoru prof.Dr. Burhanettin Uysalla görüşüb. Görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də sıx əməkdaşlığın olduğunu bildirən Q.Paşayeva bu əlaqələrin ildən-ilə genişləndiyini və bunun əhəmiyyətini qeyd edib.

Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini deyən rektor Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini də bildirib və iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafından məmnunluğunu ifadə edib. O, rəhbərlik etdiyi universitetin də Azərbaycanla əməkdaşlıqdan böyük məmuniyyət duyacağını da bildirib.
Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyinə toxunan Q.Paşayeva görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə də rektora geniş məlumatlar verib.

Millət vəkili Karabük Universitetinin rektoru  Prof.Dr. Burhanettin Uysalı Azərbaycana dəvət edib və o da öz növbəsində Azərbaycana səfər etməkdən böyük məmunluq duyacağını deyib.

Görüşün sonunda deputat Qənirə Paşayeva Burhanettin Uysala Azərbaycan həqiqətlərinə, mədəniyyətinə, tarixinə dair materiallar, kitablar təqdim edib. Q. Paşayeva özünün “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı ilə birgə yazdığı “Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım” kitabını və Azərbaycanın Qarabağ icmasının üzvü Həvva Məmmədova ilə birgə yazdığı “Xocalı soyqırımı: Şahidlərin dilindən” kitablarını da təqdim edib.

Rektor Burhanettin Uysal millət vəkili Qənirə Paşayevaya universitet kampusunda həyata keçirilən çalışmaları yerində göstərdi. Universitetin botanika bağına Azərbaycanın adına ağac əkən Q.Paşayevaya ağacəkmə barədə setifikat təqdim edildi. Millət vəkili Qənirə Paşayeva "ölkəm və öz adıma ağac əkməyimi özüm üçün bir qurur hesab edirəm. Bu ağacla birlikdə Azərbaycan və Türkiyə qardaşlığı daima davam edəcəkdir", - deyib.

Görüşün sonunda millət vəkili Q.Paşayeva Karabük Universitetinin rektorunu Azərbaycana dəvət edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı