Modern.az

Ermənistanda əsgəri güllələyən komandirə cinayət işi AÇILDI

Ermənistanda əsgəri güllələyən komandirə cinayət işi AÇILDI

19 İyul 2021, 12:17

Ermənistan silahlı qüvvələrinin N saylı hərbi hissəsinin əsgəri Artur Qazaryanın güllələnmə faktı olə əlaqədar cinayət işi açılıb.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 365-ci maddəsinin 3-cü hissəsi ilə cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən döyüş mövqeyinin komandiri saxlanılıb.

Xatırladaq ki, iyulun 16-da N saylı hərbi hissəsinin əsgəri, 2001-ci il təvəllüdlü Artur Qazaryan hərbçi yoldaşı tərəfindən açılan atəşlə öldürülüb.

Məlumatda görə, hadisəyə silahla düzgün davranma qaydalarının pozulması səbəb olub. Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, Qazaryan hərbi xəstəxanaya aparılarkən yolda ölüb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir