Modern.az

İranda sakitlik yenə pozulub

İranda  sakitlik yenə  pozulub

11 Fevral 2010, 17:11

Bu gün İranda İslam İnqlabının 31-ci ildönümü qeyd olunur. Modern.az xəbər verir ki, prezident Mahmud Əhmədinejat Tehranda Azadi meydanında keçirilən mitinqdə  İranın düşmənlərinə mesaj ünvanlayıb. O, bildirib ki,  İranın düşmənləri insan haqları və nüvə proqramı məsələlərini ortaya ataraq regionda hökmranlıq etmək niyyətindədirlər. Prezident əlavə edib ki,  İran uranı 20 faizə qədər zənginləşdirməyə başlayıb və bu göstəricini 80 faizə çatdırmağa hazırdır. Onun sözlərinə görə, Qərb müxtəlif bəhanələrlə İranın inkişafına mane olmaq istəyir. 

 

Ölkədə isə sakitlik  pozulub. Tehran və Təbrizdə İran müxalifət nümayişlər keçirib, polislə toqquşmalar olub. Müxalifət lideri Mehdi Kərrubi və Mir Hüseyn Musəvinin  tərəfdarları Saddeqiya şəhərinin küçələrinə çıxıblar. Müxalifət mətbuatının xəbərinə görə,  Mehdi Kərrubiyə hücum olub. Kərrubi isə oğlunun həbs olunduğunu bildirib.

Digər müxalifət mənbələri xəbər verib ki, təhlükəsizlik qüvvələri müxalifət lideri Musəvinin  tərəfdarlarına qarşı gözyaşardıcı qazdan və odlu silahdan istifadə ediblər. İran rejimi inrentetə çıxışı da məhdudlaşdırıb.  İran rəsmiləri isə rəsmi tədbirləri pozmağa hazırlaşan şəxslərin tutulub saxlandığını bildiriblər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!