Modern.az

Prezident NATO-nun baş katibi ola bilər  

Prezident NATO-nun baş katibi ola bilər  

21 İyul 2021, 17:18

Estoniya Prezidenti Kersti Kalyulaydın NATO-nun Baş katibi vəzifəsinə potensial namizədlər arasında ola bilər.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı “Politico” nəşri yayıb.

 

Nəşr yazır ki, NATO-da bu vəzifəni növbəti dəfə kimin tuta biləcəyi ilə bağlı müzakirələr başlayıb və yeni baş katibin adına NATO liderlərinin gələn ilin yazında və yayın əvvəlində Madriddə keçiriləcək görüşdə aydınlıq gələcəyi gözlənilir.

 

Məlumata əsasən, bir çox analitiklər baş katib vəzifəsini əks cinsin icra etməsinin vaxtının yetişdiyini hesab edirlər. Digərləri Y. Stoltenberqin xələfini seçərkən Şərqi Avropadan nümayəndə seçməyin lazım olduğunu deyirlər.

 

İlk baxışda üç qadın namizədin - Estoniya Prezidenti Kersti Kalyulayd, Litvanın keçmiş Prezidenti Dalya Qribauskayte və Xorvatiyanın keçmiş Prezidenti Kolinda Qrabar-Kitaroviçin bu meyarlara cavab verdiyi bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir