Modern.az

Olimpiya Oyunları 11 il sonra bu şəhərdə keçiriləcək

Olimpiya Oyunları 11 il sonra bu şəhərdə keçiriləcək

Dünya

21 İyul 2021, 17:54

2032-ci ildə Yay Olimpiya Oyunlarının hansı ölkədə keçiriləcəyi müəyyənləşib.

 

Modern.az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin rəsmi açıqlamasına görə, Olimpiadanın Avstraliyanın Brisben şəhərində keçirilməsi qərara alınıb.

 

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar təxirə salınmış Tokio Yay Olimpiya Oyunları bu il 23 iyul - 8 avqust tarixlərində keçiriləcək. 2024-cü il Yay Olimpiadası Fransanın paytaxtı Parisdə, 2028-ci il oyunları isə ABŞ-ın Los-Anceles şəhərində təşkil olunacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı