Modern.az

Medvedev Sakaşvilini hədələdi

Medvedev Sakaşvilini hədələdi

11 Fevral 2010, 17:46

”Saakaşvili Cənubi Osetiyaya hücüma görə cavab verəcək”. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki,  bu barədə Rusiya prezidenti Dmitri Medvedev bu gün Tomskda tələbələrlə görüşdə bildirib. “Ria-novosti” agentliyinin məlumatına görə, prezident Medvedevə “nəyə görə bizim vətəndaşlara qarşı genosid törətmiş Mixail Saakaşvili bu günə kimi məhkəmə qarşısına çıxarılmayıb?”sualı verilib.  “Nə qədər qəribə olsa da mən sizinlə 100 faiz razıyam”,-deyə Medvedev bildirib. Rusiya prezidenti əlavə edib ki, Mixail Saakaşvili gec-tez 2008-ci ilin avqustunda Cənubi Osetiyaya hücuma görə məsuliyyət daşıyacaq.   

“Hər kəs öz əməlinə görə cavab verməlidir. Əgər sən nəsə etmisənsə, xüsusən də prezident postunda, onda cavab verməlisən, məsuliyyət gec-tez gəlir.  Hansı məsuliyyət gəlir, elə bilirəm ki, ilk növbədə cənab Saakaşvili müharibəyə cəlb etdiyi, qurbanlar verən  və sonda dövlətin parçalanmasına görə öz xalqı qarsında cavab verməlidir”,-deyə Medvedev bildirib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?