Modern.az

“Bizi amerikalılarla səhv salırsınız” - Lavrov

“Bizi amerikalılarla səhv salırsınız” - Lavrov

22 İyul 2021, 00:28

Rusiya Əfqanıstanda hərbi kontingentin yerləşdirilməsi və ya bu ölkə ərazisindəki terrorçulara dəqiq zərbələr endirilməsi imkanlarını nəzərdən keçirmir.

 

Modern.az “İnterfaks”a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

 

“Siz bizi amerikalılarla və ya sovet dövrünün təcrübəsilə səhv salırsınız”, - deyə nazir “İnterfaks”a müsahibəsi zamanı bildirib.

 

Həmçinin, Lavrov əlavə edib ki, hazırda Əfqanıstana hərbi müdaxilə barədə heç kim düşünmür.

 

Qeyd edək ki, ABŞ və NATO qoşunlarının payızadək Əfqanıstandan tamamilə çıxarılması gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı