Modern.az

«Jurnalistlərin dostu» mükafatı Andres Herkelə təqdim olunub

 «Jurnalistlərin dostu» mükafatı Andres Herkelə təqdim olunub

11 Fevral 2010, 17:49

Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin rəhbəri Pərviz Həşimli Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkellə görüşüb. Mərkəzin yadığı məlumatda bildirilir ki, görüşdə ölkədə insan hüquqlarının və demokratiyanın vəziyyəti barəsində fikir mübadiləsi aparılıb.

Həmçinin, görüşün sonunda ötən il Azərbaycanda söz və mətbuat azadlığının müdafiəsində xidmətlərinə görə, «Jurnalistlərin dostu» seçilən Andres Herkelə mükafat təqdim olunub.

P.Həşimli deyir ki, Herkel bu mükafata ölkənin gündəlik nəşr edilən 15 qəzetinin, 4 televiziya kanalının, 4 informasiya agentliyinin və 3 internet qəzetinin ümumilikdə 60 əməkdaşı arasında keçirilən sorğu nəticəsində layiq görülüb. Sorğu iştirakçılarının böyük əksəriyyəti «Azərbaycanda söz və mətbuat azadlğının müdafiəsində hansı şəxsin (təşkilatın) fəaliyyətini yüksək dəyərləndirirsiniz» sualına cavab verərkən AŞ PA həmməruzəçisinin adını qeyd edib.

«Jurnalistlərin dostu» mükafatına Andres Herkeldən əvvəl ABŞ-ın ölkəmizdəki səfiri Enn Dersi layiq görülüb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu