Modern.az

Prokurorluq arvadını öldürüb, özünü asan şəxslə bağlı məlumat yaydı

Prokurorluq arvadını öldürüb, özünü asan şəxslə bağlı məlumat yaydı

23 İyul 2021, 09:24

İyulun 23-ü saat 01 radələrində Xəzər rayonu, Binə qəsəbə sakini 1976-cı il təvəllüdlü Lyudmila Tatarçenkonun yaşadığı evdə meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Xəzər rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, zərərçəkmişin tanışı 1961-ci il təvəllüdlü Zərbəli Quliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Lyudmila Tatarçenkoya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürdükdən sonra həmin evdə özünü asaraq intihar edib.

 

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq  davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır