Arxiv
11 Fervral 2010, 17:55 | MEDİA
Redaktorlar qəzetlərin rayonlarda satışından narazıdırlar (sorğu)

Respublikanın rayonlarında mətbuat yayımı və satışı sahəsində problemlər var. Bəzi bölgələrdə qəzet satışı köşkləri olmadığından yerli sakinlər çap mətbuatı ala bilmirlər. Amma problemlər tək bununla əlaqədar deyil. Oxucular arasında mətbuata inamın azalması, maddi çətinliklər, informasiya almaq üçün radio və televiziyaya üstünlük verilməsi burada əsas rol oynayır. Qəzet redaktorları istehsal etdikləri məhsulun bölgələrdəki yayımı və satışını necə qiymətləndirirlər? Modern.az bu sualla bəzi gündəlik nəşrlərə müraciət edib. “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı yayım siyasətinin ciddi problem olduğunu deyir: “90-cı illərdə qəzetimizin bölgələrdəki yayımı yaxşı təşkil edilmişdi. “Şərq” hətta Naxçıvana da gedib çıxırdı. Ancaq indi bu, yoxdur. Yayım problemi rayonlar üçün xarakterik hal alıb. Səbəb də odur ki, şərait yoxdur. Ya köşklər köhnəlib, ya da həmin yerlərdə başqa iaşə obyektləri açılıb. Biz Mətbuat Şurası ilə birgə bölgələrdə görüşlər keçirdik. Orada olduğumuz müddətdə əsasən qəzet yayımı ilə maraqlandıq. 110 min əhalisi olan Tərtərdə 2 köşk, Qazaxda isə 3 köşk fəaliyyət göstərir. Onlar da bərbad vəziyyətdədir. Bu gün rayon və kəndlərdə yaşayan əhali informasiya almaqdan məhrum olub. Onlar üçün mütləq şərait yaradılmalıdır”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də bölgələrdə qəzetlərin yayımından narazıdır: “Bu problem tək bizə aid deyil. Bütün mətbuat orqanlarında mövcud problem yaşanır. Bunun səbəbi bölgələrdə yayımın zəif təşkili ilə əlaqədardır. Həm də satış mərkəzlərinin sayı azdır. Bakının elə kəndləri var ki, böyük bir qəsəbədir. Ancaq yayım köşkü yoxdur. Yayım problemləri demək olar ki, hər yerdə eynidir. Digər problem isə əl yayımının olmamasıdır. Bundan başqa, köşklər öz təyinatları üzrə fəaliyyət göstərmirlər. Qəzetlər bölgələrə həddən artıq gec çatdırılır. Konkret hansı bölgələrdə az, yaxud çox qəzet alınır onu deyə bilmərəm. Çünki yayım firmaları bizə ümumi satışı deyirlər. Deyərdim ki, yalnız Bakı şəhərində normaldır. Ancaq ümumi götürdükdə məni qane etmir”.

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay isə razıləq edir: “Bizim qəzetin yayımı bölgələrdə daha yaxşıdır, nəinki Bakıda. Ancaq cənub bölgəsində demək olarki, heç alınmır. Yayım firmalarının fəaliyyəti məni heç qane etmir. Çünki çox yarıtmaz işləyirlər”.

“Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan mətbuatın yayımı sahəsində vəziyyətin bərbad olduğunu düşünür: “Elə oxucularımız var ki, rayonlarda oxumağa qəzet tapmırlar. Nəinki rayonlarda, ümumən Bakı və ətraf kəndlərdə də vəziyyət ürəkaçan deyil. Elə qəzetlər var ki, yalnız satışdan dolanır, ancaq onların da yayımı yaxşı təşkil olunmur. Bütün bunlara səbəb də sovetdən qalma bir sistemin olmasıdır. Ona görə də dövlət bu sahəyə investisiya qoymalıdır. Texniki avadanlıqlar yenilənməlidir”.

“Üç nöqtə” qəzetinin baş redaktoru Xoşqədəm Baxşəliyeva əhalinin qəzetə marağının azaldığını deyir: “Əvvəlki illərə nəzər salsaq, qəzetə maraq var idi. Ancaq son dövrlər televiziya və internetin informasiyanı operativ çatdırması qəzetlərin yayımına və satışına təsir göstərib. Fikrimcə, yayım firmaları əhalinin marağını nəzərə alıb bölgələrə qəzetləri çatdırırlar. Ancaq qəzet təkrar geri qayıdırsa, təbii ki, bu, əhalinin qəzetə marağının azaldığını göstərir. Bizim qəzet sərhəd bölgələrində daha çox alınır. Ancaq  son illər qəzetin yayımı və satışı məni qane etmir”.

“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov da qəzetlərin yayımından razı deyil: “Biz qəzeti mətbuat yayımı firmalarına köşklərin sayına uyğun veririk. Ancaq bu, bütün rayon mərkəzlərinə çatmır. İnsanlar qəzet almaq üçün rayonun mərkəzinə gəlməli olurlar. Mətbuat yayımı firmalarının əhatə dairəsi məhdud olduğu üçün biz də qəzetlərin sayını az veririk. Misalçün, “Qaya” Mətbuat Yayım Firması alternativ yolla da qəzetləri 4-5 rayona aparır. Ancaq bu o demək deyil ki, rayonun bütün məntəqələrində qəzet köşkləri var. Bölgələrdəki yayım mətbuatın ümumi yayımının 4-5 %-ni təşkil edir”. Günay MUSAYEVA

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Çavuşoğludan Müstəqillik Günü paylaşımı: “Can Azərbaycan” 18 Oktyabr 2019, 15:19 UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub 18 Oktyabr 2019, 15:19 Modul tipli məktəblərin sayı artırılır 18 Oktyabr 2019, 15:12 Deputat seçiciləri ilə müzakirələr aparıb 18 Oktyabr 2019, 14:50 Bakı Ali Neft Məktəbində SPE-nin regional sammiti keçirilib   18 Oktyabr 2019, 14:42 Prezident “Dövlətqaçqınkom”un sədrini qəbula ÇAĞIRDI 18 Oktyabr 2019, 14:41 “Maşın” şounun qalibi məlum oldu - FOTO 18 Oktyabr 2019, 14:37 Uşaqlarda piylənmə - Metobolik sindrom 18 Oktyabr 2019, 14:24 Tanınmışlar Müstəqillik Günü təbrikləri aldılarmı? - “Heç kəs təbrik etməyib” 18 Oktyabr 2019, 14:18 Milli qəhrəmanları təhqir edənlər necə cəzalandırılmalıdır?.. 18 Oktyabr 2019, 14:05 Tramp türklərlə kürdləri dalaşqan uşaqlara BƏNZƏTDİ 18 Oktyabr 2019, 14:03 Paşinyan Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı - Qarabağa görə 18 Oktyabr 2019, 13:52 Azərbaycanın davamlı iqtisadi inkişaf modeli qələbələrimizin rəhnidir - Eks-nazir 18 Oktyabr 2019, 13:49 Oqtay Şirəliyev  vəzifədən gedir?... - Nazirlikdən AÇIQLAMA 18 Oktyabr 2019, 13:30 ““Barış pınarı” dayanmayıb, biz atəşkəs deyil, fasilə vermişik” - Çavuşoğlu 18 Oktyabr 2019, 13:28 Anar Cəbrayıllı: “Ciddi nəzarət olmasa, uşaqlar düzgün yolda addımlamaqda çətinlik çəkər” - MÜSAHİBƏ 18 Oktyabr 2019, 13:20 Sabahın HAVASI: Yağış yağacaq, külək əsəcək 18 Oktyabr 2019, 13:15 Türkiyə Suriyada əməliyyatları bərpa edib? - Rusiya mətbuatından İDDİA 18 Oktyabr 2019, 13:13 Kəlbəcərli şair: “Əminliklə deyirəm ki, ermənilər torpaqlarımızı atıb qaçacaq” - MÜSAHİBƏ 18 Oktyabr 2019, 13:11 Prezident Administrasiyasının məsul işçisi icra başçısı ilə bu kəndə getdi - SƏBƏB 18 Oktyabr 2019, 13:10 Türkiyə terrorçuların yalanlarını ifşa etdi - FOTOLAR 18 Oktyabr 2019, 12:43 Səhiyyə Nazirliyindən küçəyə atılmış birgünlük uşaqla bağlı AÇIQLAMA 18 Oktyabr 2019, 12:37 “Barış Pınarı”na qarşı çıxan erməni deputata azərbaycanlı həmkarından CAVAB 18 Oktyabr 2019, 12:29 Əli Həsənov yeni müxalifətdən YAZDI 18 Oktyabr 2019, 12:28 “Bəlkə gələcəkdə 3-cü erməni dövləti yaratmaq istəyəcəklər?” 18 Oktyabr 2019, 12:17 Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilib 18 Oktyabr 2019, 12:17 Zahid Oruc: “Prezidentin hədəfli mesajları masa üzərindəki açıq və qapalı informasiyalara dayanır” 18 Oktyabr 2019, 12:02 Quzunun qoç ola bilməməkliyi 18 Oktyabr 2019, 11:46 Qərbi Azərbaycan İcması BƏYANAT verdi: “Prezidentin bu çağırışına qoşuluruq!” 18 Oktyabr 2019, 11:25 Milli Məclis gələn həftə toplanır 18 Oktyabr 2019, 11:14 Sizin icra başçınız: Qazaxlılar Rəcəb Babaşovdan razıdırlar, narazı?.. 18 Oktyabr 2019, 11:12 Ermənilər Qarabağda top atışları həyata keçirdi - FOTOLAR 18 Oktyabr 2019, 11:01 Qaradağ və Xəzər rayonlarında qaz KƏSİLƏCƏK - SƏBƏB 18 Oktyabr 2019, 10:54 Əkrəm İmamoğludan Müstəqillik günü TƏBRİKİ - FOTO 18 Oktyabr 2019, 10:16 Nəsimidə dələduz saxlanılıb - FOTO 18 Oktyabr 2019, 10:10