Modern.az

Neftçalada qonşusunu öldürən şəxs SAXLANILDI

Neftçalada qonşusunu öldürən şəxs SAXLANILDI

23 İyul 2021, 11:15

İyulun 22-i saat 09 radələrində Neftçala rayonu, Bankə qəsəbə sakini 1989-cu il təvəllüdlü Mirağa Musayevin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Neftçala rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, zərərçəkmişin qonşusu Famil Baloğlanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mirağa Musayevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürüb.

 

Faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Famil Baloğlanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Hazırda istintaq  davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?