Modern.az

6 uşaq sığınacaq və körpələr evinə yerləşdirildi

6 uşaq sığınacaq və körpələr evinə yerləşdirildi

Aktual

23 İyul 2021, 16:18

2021-ci ilin birinci yarımilində Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar idarəsi tərəfindən 70 şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyevin sədrliyilə keçirilən əməliyyat müşavirəsində bildirilib.

 

Qeyd olunub ki, mülki mühakimə icraatı qaydasında və yetkinlik yaşına çatmayanların işləri üzrə məhkəmələrdə baxılmış işlər üzrə 4 valideynin valideynlik hüquqlarının məhdudlaşdırılmasına dair məhkəmələrdə iddialar qaldırılıb. Qanunsuz rəftara, əzab və işgəncələrə məruz qalmaları ilə əlaqədar 6 uşaq sığınacaq və körpələr evinə yerləşdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?