Xəbər verildiyi kimi, iyulun 23-də Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib.
Müşavirədə qeyd edilib ki, 2021-ci ilin birinci yarımilində xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb.
Modern.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyevin sədrliyilə keçirilən əməliyyat müşavirəsində bildirilib.
Qeyd olunub ki, aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 17 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.