Modern.az

Nazir müavini şöbə müdirini hədələdi

Nazir müavini şöbə müdirini hədələdi

Aktual

17 Oktyabr 2012, 13:53

“Yarmarkaya çıxarılan balın qiyməti 15 manat olacaq. Yarmarkada bu qiymətdən yuxarı bal satışı olarsa, günah Çingiz Fərəcovundur və o, cəzalandırılacaq”.

Bunu Modern.az saytına açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov paytaxtda keçirilən bal yarmarkasının açılışı zamanı deyib. O, bildirib ki, yarmarkaya çıxarılan balın qiyməti 15 manatdan yuxarı olmayacaq. Nazir müavini deyib ki, ölkəyə Rusiyadan və Türkiyədən bal gətirilsə də, yerli istehsal daxili tələbatı ödəyir.
Aslan Aslanov onu da bildirib ki, ötən il yerli istehsal 267 min ton olubsa, bu il havaların yağışlı keçməsi istehsalı azaldıb. Belə ki, bu il istehsal 110 min tona düşüb.
“Buna baxmayaraq arıçılığın inkişafı ilə bağlı işlər gedir. Bilirsiniz ki, İqtisadi İnkişaf Nazirliyinin xətti ilə fermerlərə subsidiyalar verilir. Güman edirəm ki, həmin subsidiyalardan arıçılara da çatacaq. Gələn il arıçılığın inkişaf perespektivləri daha da yaxşı olacaq”.

Arıçılıq məhsullarının satışı üçün vahid mərkəzin yaradılmasına münasibət bildirən nazir müavini onu da qeyd edib ki, kənd təsərrüfatı naziri və Nazirliyin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcovla fikirləşiblər ki, gələn ildən yarmarka bundan da böyük yerdə təşkil olunsun:

“Bizdən inciməsinlər. Ötən il yarmarkaya 400 arıçı gəlmişdi. Bu il isə yarmarklaya 200 arıçı gəlib. Yarmarkada iştirak etmək üçün bizə məktublar yazırlar, amma gəlmirlər. Niyə hər rayondan 5 nəfər arıçı gəlsin ki? Nəzərdə tutmuşuq ki, gələn il daha böyük yerdə, 400-500 arıçının iştirakı ilə belə yarmarka təşkil edək”.

Qeyd edək ki, bu gün Bakı şəhəri, Nərimanov rayonunun ərazisində, “Gənclik” və keçmiş “Şuşa” kinoteatrının yaxınlığında, Atatürk prospekti 6a və Maqsud Əlizadə 133 küçələrinin kəsişdikləri yerdə yerləşən “Laləndə” şadlıq sarayında təşkil edilən arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası açılıb.

Gültəkin Ələsgər  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir