Modern.az

Sabahdan yenə yağış yağacaq

Sabahdan yenə yağış yağacaq

Aktual

17 Oktyabr 2012, 13:56

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehitmalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 22-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti olacaq.

Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz, mülayim küləkli hava şəraiti müşahidə olunacaq.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır