Modern.az

Yoluxmalar artır - Dünyada son vəziyyət necədir?  

Yoluxmalar artır - Dünyada son vəziyyət necədir?  

24 İyul 2021, 08:33

Dünyada koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 573 mindən çox artıb.

 

Modern.az Worldometers saytına istinadən xəbər verir ki, son sutka ərzində 573 min 762 nəfər koronavirusa yoluxub, 8646 pasiyent dünyasını dəyişib. Bununla da virusa yoluxanların ümumi sayı 194 milyon 14 min 60, ölənlər isə 4 milyon 159 min 695 nəfərə çatıb.

 

İndiyədək ən çox yoluxma halı ABŞ (35,2 milyon), Hindistan (31,3 milyon), Braziliya (19,6 milyon), Rusiya (6 milyon), Fransa (5,9 milyon), Böyük Britaniya (5,6 milyon) və Türkiyədə (5,5 milyon) qeydə alınıb.

 

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı