Modern.az

Ayaz Mütəllibov Elçibəyin oğlunu TƏBRİK ETDİ

Ayaz Mütəllibov Elçibəyin oğlunu TƏBRİK ETDİ

24 İyul 2021, 09:20

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov xələfi, mərhum dövlət başçısı Əbülfəz Elçibəyin oğlunu təbrik edib.

 

Bu barədə Modern.az-a danışan Ayaz Mütəllibov toya hazırlaşan Ərturqut Əliyevə xoşbəxtlik arzulayıb. Lakin eks-prezident Elçibəyin oğlunun onu toyuna dəvət etmədiyini söyləyib:

 

“Toya dəvət edilməmişəm. Amma ona xoşbəxtlik arzulayıram. Yeni, gənc ailə qurulur. Bir ağsaqqal kimi ancaq xeyir-dua verə bilərəm”.

 

Xatırladaq ki, iyulun 30-da Bakıda keçmiş prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevin oğlan toyu keçiriləcək. Onun həyat yoldaşı Aytək Yusifli Elçibəyin qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızıdır.

 

Ötən gün Modern.az-a açıqlama verən Ərturqut Əliyev atasının bəzi silahdaşlarını toyuna çağırmadığını bildirib. Hazırda Fövqəladə Hallar Nazirliyində çalışan Ə.Əliyev cəbhəçilərdən fərqli olaraq, nazir Kəmaləddin Heydərovu  məclisə dəvət etdiyini vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır