Modern.az

Şadlıq sarayının sahibi 4 min manat cərimələndi

Şadlıq sarayının sahibi 4 min manat cərimələndi

Hadisə

24 İyul 2021, 09:35

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şadlıq saraylarında və fərdi evlərdə təşkil edilən toy mərasimlərində karantin qaydalarına riayət edilməsi məqsədilə yoxlamalar keçirilib.

 

Modern.az DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadən xəbər verik ki, yoxlamalar zamanı şəhər ərazisində yerləşən “Vüqar” şadlıq evində təşkil edilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi müəyyən olunub. Aşkarlanan qayda pozuntuları ilə bağlı obyektin sahibi Əzizağa Vəliyev inzibati məsuliyyətə cəlb edilərək 4000 manat məbləğində cərimələnib. Həmçinin, toy sahibi, Göyçay rayon sakini Rəhman Gülüyev barəsində də İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə ) maddəsi ilə protokol tərtib edilərək o, 200 manat məbləğində cərimə olunub.

 

Göyçay rayon sakiniləri Məhəmmədəli Süleymanov və İlqar Maqsudova məxsus fərdi yaşayış evlərində təşkil edilən toy mərasimlərində isə müəyyən edilən say həddindən artıq qonağın iştirakı qeydə alınıb. Aşkarlanmış qayda pozuntuları ilə bağlı həmin şəxslər barəsində protokol tərtib olunub və hər biri 200 manat cərimələnib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır