Modern.az

Tələbə-jurnalistlər mükafatlandırılıb - FOTO

Tələbə-jurnalistlər mükafatlandırılıb - FOTO

Aktual

17 Oktyabr 2012, 15:07

Ötən ay Bakıda Beynəlxalq Mətbuat İnstitutu tərəfindən Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə keçirilən “Neft, qaz və media” konfransının işində könüllük prinsipi ilə çalışan Bakı Dövlət Universitetinin  jurnalistika fakültəsinin tələbələri, “Gənc reportyorlar  klubunun” təmsilçilərinə sertifikat və mükafat verilib. Bu barədə Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli komitəsinin rəhbəri, tədbirə təşkilatı dəstək verən Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu məlumat verib.

Onun sözünə görə, sertifikatlar tələbə-jurnalistlər Məhəmməd Ağayev, Savad Məmmədova, Nərminə Yunusova, Səbuhi İsayev, Asif İmanov, Mehman Qasımov, Nicat Məmmədov,  Aqşin Cabbarlı, Elmar Məmmədli və Pərvin Abbaslıya verilib. Sertifikatların verilməsi mərasimində U.Rəhimoğlu ilə yanaşı Orta Asiya və Güney Qafqaz Söz Azadlığı şəbəkəsinin rəhbəri, sözügedən konfransa hazırlıq üzrə təşkilat komitəsinin üzvü Azər Həsrət də iştirak edib. 


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir