Modern.az

Yoluxma sayı 400-ü keçdi

Yoluxma sayı 400-ü keçdi

Hadisə

24 İyul 2021, 20:27

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 412 yeni yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan şəxslərdən vəfat edən olmayıb.

 

Azərbaycanda indiyədək ümumilikdə 340057 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 331907 nəfər müalicə olunaraq sağalıb, 5002 nəfər vəfat edib, aktiv xəstə sayı 3148 nəfərdir.

 

Ölkədə son sutka ərzində 11381, hazırkı dövrədək isə 3965397 test aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!