Azərbaycanda son sutkada 55 286 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 17 785 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 37 501 nəfərdir.
Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 4 516 987 COVID-19 əleyhinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 634 015 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 882 972 nəfərdir.