Modern.az

Paytaxtda güclü yanğın - VİDEO - YENİLƏNİB

Paytaxtda güclü yanğın - VİDEO - YENİLƏNİB

Hadisə

25 İyul 2021, 00:32

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakının Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ərazidə baş vermiş yanğınla bağlı məlumat yayıb.

 

Modern.az xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər görülür.

 

İlkin məlumata əsasən, dağlıq ərazidə quru ot və kol-kos yanır.

Əlavə məlumat veriləcək.

 

***

Bakının Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində güclü yanğın baş verib.

 

Modern.az xəbər verir ki, yanğın Badamdardakı sürüşmə zonasındadır.

 

Hazırda yanğın davam edir.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!