Modern.az

İctimai Palatadan daha bir istefa

İctimai Palatadan daha bir istefa

Aktual

17 Oktyabr 2012, 18:04

Modern.az saytının məlumatına görə, Ərəstun Oruclu İctimai Palatadan istefa verib. Bu barədə Ərəstun Oruclunun özü bildirib.

“İctimai Palata və onun Koordinasiya Şurasının fəaliyyəti ətrafında, İctimai Palata ilə hakimiyyət arasında müəyyən anlaşmalar olması barədə mətbuatda yayılan məlumatları və İctimai Palatanın Koordinasiya Şurası tərəfindən bu məlumatlara heç bir münasibət bildirilməməsi, bu qurumun fəaliiyətində sistemsizliyin və böhranın getdikcə dərinləşməsi məndə dərin təəssüf və məyusluq hissi doğurur. İctimai Palata yarananda bu qurumun Azərbaycanın gələcəyi naminə qarşısına qoyduğu vəzifələri əsas götürüb oraya üzv olmuşam, lakin yuxarıda göstərdiklərim və bu qurum haqqında dolaşan ziddiyətli bilgilər məni İctimai Palata üzvlüyündən istefa verməyə məcbur edir.
Mən İctimai Palata üzvlüyündən istefa verirəm və bu andan etibarən müstəqil müxalif siyasi fəaliyyətə keçirəm. Müxalifət mövqeyində qalan, prinsiplərinə, amallarına sadiq olan İP üzvü olan və olmayan bütün məsləkdaşlarıma Vətənimizin və millətimizin azad, demokratik gələcəyi uğrunda mübarizəmizdə uğurlar arzulayıram!”-deyə Ə.Oruclu vurğulayıb.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir