Modern.az

Kapitalbank Azərbaycanda ilk dəfə olaraq müştərilərlə bağlı yenilik etdi

Kapitalbank Azərbaycanda ilk dəfə olaraq müştərilərlə bağlı yenilik etdi

17 Oktyabr 2012, 18:16

Modern.az xəbər verir ki, bu gün “Kempinski Badamdar” otelinin “Qəbələ zalı”nda KapitalBank-ın affinity kartlarının təqdimat mərasimi keçirilib. Yerli və xarici kompaniyaların nümayəndələrinin, jurnalistlərin, incəsənət xadimlərinin iştirakı ilə keçirilən mərasimə talassemiyalı uşaqlar da dəvət edilib. Tədbirdə uşaqlar arasında rəsm müsabiqəsi keçirilib. Üç ən yaxşı rəsm əsərinin müəllifi KapitalBank-ın qiymətli hədiyyələri, o cümlədən notebook, DVD-player və fotoaparatla mükafatlandırılıb.
Qonaqlara affinity kartlarını elə mərasimin gedişində online rejimdə sifariş etmək imkanı yaradılıb. KapitalBank affinity kartlarını VİSA İnternational və “Savab Dünyası” Talassemiya Assosiasiyası ilə birgə təşkil edilmiş xeyriyyə aksiyası çərçivəsində buraxıb.

 “Hər qəlbdə yerimiz olsun!” şüarı altında keçirilən aksiyası zamanı bank kartların satışından əldə olunan gəlirlərin bir hissəsindən imtina edəcək. Visa Classic, Visa Gold və Visa Platinum affinity kartları üzrə illik xidmət haqlarının 50 faizi talassemiyalı körpələrin müalicəsi köçürüləcək. Beləliklə, KapitalBank-dan affinity ödəniş kartı alan hər kəs talassemiyalı uşaqların yaşamasına kömək göstərmiş olacaq.

  Müxtəlif Avropa ölkələrində və Rusiyada indiyə qədər bir neçə dəfə belə aksyalar keçirilib. “Azərbaycanda ilk dəfə olaraq talassemiyalı uşaqların müalicəsinə dəstək məqsədilə affinity kartlarının təqdim olunması layihəsində öz tərəfdaşları ilə birgə iştirak VİSA üçün böyük şərəfdir. Biz qürur duyuruq ki, VİSA-nın müasir texnologiyaları ölkədə təkcə nağdsız ödənişlərin inkişafına kömək göstərmir, həm də ehtiyacı olan uşaqlar üçün bu cür aksiyaların keçirilməsi üçün müvafiq vasitələri təmin edir”-Azərbaycanda VİSA-nın biznesin inkişafı üzrə meneceri İrina Kamxadze belə deyib. Onun sözlərinə görə, bu cür kartlar ilk dəfə ötən əsrin 80-cı illərinin ortalarında ABŞ-da meydana çıxıb:
“Bu gün demək olar ki, bütün dünyada uşaq xeyriyyə təşkilatlarının, təbiətin və heyvanların mühafizəsi fəndlarının dəstəklənməsi, idman və təhsil tədbirlərinin maliyyələşdirilməsi məqsədilə affinity kartlarından geniş istifadə olunur. Azərbaycanda isə VİSA-nın affinity kartları bu sahədə ilk ənənələrin əsasını qoyur. Biz, bu yeni bank məhsulunun buraxılmasında Kapital Banka verdiyimiz dəstəkdən qürur duyur və ümid edirik ki, “Hər qəlbdə yerimiz olsun!” kartı ideyası cəmiyyətdə böyük dəstək qazanacaq” Affinity kartlarını Kapital Bankın yüzlərlə filial və şöbələrinin hər hansı birindən əldə etmək, yaxud bankın www.kapitalbank.az internet səhifəsində online sifariş vermək olar.  

Anar Kəlbiyev
                                                                          
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır