Modern.az

Gədəbəydə 17 yaşlı gənci “tok” vurub ÖLDÜRÜB

Gədəbəydə 17 yaşlı gənci “tok” vurub ÖLDÜRÜB

26 İyul 2021, 14:28

İyulun 25-i saat 18 radələrində Gədəbəy rayon, Novosaratovka kənd sakini 2004-cü il təvəllüdlü Ceyhun Paşayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, Ceyhun Paşayev yaşadığı kənddə Gədəbəy Telekommunkasiya Qovşağına məxsus taxta materialdan olan rabitə dayağının üzərinə bərkidilmiş məftildən tutarkən elektrik cərəyanının vurması nəticəsində ölüb.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?