Modern.az

TƏBİB: Son günlər yoluxma kəskin artır  

TƏBİB: Son günlər yoluxma kəskin artır  

26 İyul 2021, 15:08

Son günlər koronavirusa yeni yoluxma sayında kəskin artım müşahidə olunur.

 

Modern.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. 

 

Onun sözlərinə görə, iyun ayının sonunda yoluxma halı 1 faizdən aşağı düşüb, hətta 0,7-0,8 faiz yoluxma müşahidə edilib:


"Lakin son günlərdə yoluxma sayı 5 faizədək artıb. Bu gün 30-39 yaş arasında yoluxma sayı daha yüksəkdir. Kişi və qadınlar arasında bərabər yoluxma müşahidə olunur".

 

Yaqut Qarayeva, həmçinin deyib ki, ölkə üzrə ən yüksək yoluxma halı Bakıda qeydə alınıb. Belə ki, paytaxtda Binəqədi rayonu üzrə yüksək rəqəmlər aşkarlanıb.

 

TƏBİB nümayəndəsi onu da bildirib ki, bu günə qədər 4 milyondan çox doza vaksin vurulub: "Bu gün ölkəmizdə könüllü seçim şərti ilə 4 vaksin istifadə olunmaqdadır. Dünya üzrə istifadə olunan vaksin növlərinin hər biri bizdə var. Eyni zamanda, bu gün bütün regionlarda "Sinovac" şirkətinin Coronavac vaksini istifadə olunmaqdadır. Pfizer vaksini Lənkəran, Gəncə, Bakı şəhərlərində istifadə edilir".

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?