"ASAN xidmət" tərəfindən proqram təminatı hazırlanıb.
Modern.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Ş.Mövsümov deyib ki, proqram təminatı hesabına iri ticarət mərkəzləri və digər obyektlərdə sürətli yoxlama həyata keçiriləcək:
Onun sözlərinə görə, detallar barədə "ASAN xidmət" tərəfindən brifinq keçiriləcək.
Qeyd edək ki, Nazirlər Kabinetinin yeni qərarına əsasən, restoranlar, iri ticarət mərkəzləri və mehmanxalara giriş üçün COVID-19 pasportu tələb ediləcək.