Modern.az

Bu şəxslərə əks-göstəriş sertifikatı veriləcək

Bu şəxslərə əks-göstəriş sertifikatı veriləcək

26 İyul 2021, 15:30

COVID-19 əleyhinə peyvəndin əks göstəriş olduğu insanlar üçün əks-göstəriş sertifikatı nəzərdə tutulur.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

 

Ş.Mövsümov deyib ki, Səhiyyə Nazirliyi tərəfindən xüsusi komissiyalar yaradılacaq:

 

"Komissiyalarda həmin şəxslər yoxlanılacaq. Doğrudan da əks-göstəriş varsa, ona əks-göstəriş sertifikatı veriləcək. Onun da CR kodu olacaq".

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?