Həftəsonu ictimai nəqliyyatın fəaliyyət göstərməsi ilə bağlı məsələ hazırda müzakirə olunmur.
Modern.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Ş. Mövsümov deyib ki, şənbə-bazar günlərində ictimai nəqliyyatın işləməməsi aktivliyi aşağı salır:
"Bu səbəbdən yoluxma sürəti aşağı düşür və biz yoluxma sürətinə nəzarət edə bilirik".