Modern.az

Əfqanıstan ordusunun helikopteri VURULDU

Əfqanıstan ordusunun helikopteri VURULDU

Aktual

27 İyul 2021, 12:12

“Taliban” radikal hərəkatı Gilmend əyalətində Əfqanıstan Hərbi Hava Qüvvələrinə məxsus helikopteri vurduğunu açıqlayıb.

 

Modern.az xarici  KİV-ə istinadən xəbər verir ki,  bu barədə hərəkatın nümayəndəsi Zabiulla Mucahid "Twitter"də bildirib. Taliblər hücumlarda çox sayda əfqanın öldüyünü və yaralandığını, silah və sursat ələ keçirdiklərini də iddia edirlər.

 

Qeyd edək ki, bundan əvvəl Əfqanıstan ordusu “Taliban”a qarşı əməliyyat həyata keçirməsi və 187 silahlının məhv edilməsi barədə məlumat yayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi