Modern.az

Narazı namizədlər təkrar imtahan verəcək

Narazı namizədlər təkrar imtahan verəcək

27 İyul 2021, 13:26

5 iyul tarixindən etibarən baş tutmuş müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsində istifadə edilmiş sualların elmi-statistik təhlili aparılıb. Aparılmış elmi-statistik tədqiqat çərçivəsində müxtəlif fənlər üzrə 5,040 test tapşırığı əhatə olunmaqla sualların məzmun xüsusiyyətləri, çətinlik dərəcəsi, diskriminasiya əmsalı təhlil edilib.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, 12 iyul tarixində keçirilmiş ibtidai sinif, 23 və 26 iyul tarixlərində keçirilmiş Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə seanslarda istifadə edilmiş test tapşırıqlarının bu fənlər üzrə digər tarixlərdə keçirilmiş seanslarda istifadə edilmiş test tapşırıqlarından çətinlik dərəcəsinə görə fərqləndiyi müəyyən edilib. Bu seanslarda texniki xüsusiyyətləri baxımından fərqlənən test tapşırıqlarına görə namizədlərə əlavə ballar veriləcək. Qeyd edilən tarixlərdə imtahanlarda iştirak etmiş namizədlər üçün təkrar imtahan imkanı da yaradılacaqdır. İmtahanlarda iştirak könüllü xarakter daşıyır. Təkrar olaraq imtahanlarda iştirak edən namizədlərin vakansiya seçimi mərhələsində son imtahan nəticəsi nəzərə alınacaq.

 

Müəllimlərin işə qəbulu müsabiqəsində ədalətli rəqabət mühitinin qorunub saxlanılması Təhsil Nazirliyinin əsas məqsədidir.

 

Qeyd edək ki, təkrar imtahan vermək arzusunda olan namizədlər 28 iyul saat 11:00-dan 30 iyul saat 23:59-dək şəxsi səhifəyə daxil olaraq “müraciət et” butonuna klikləməklə qeydiyyatdan keçərək təkrar imtahanda iştirak edə bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub