Modern.az

Xəzər Universiteti dünyanın ən yaxşı 8 min universiteti arasında

Xəzər Universiteti dünyanın ən yaxşı 8 min universiteti arasında

11 Fevral 2010, 20:36

2004-cü ildən bəri dünya ali məktəblərinin internet reytinqi elan olunur. Əvvəlki illər əsasən ən yaxşı 5.000 universitet müəyyənləşdirildiyi halda, bu il ilk dəfə olaraq elektron məkanda araşdırılan 18.000 ali məktəbdən ən yaxşı 8.000  universitetin siyahısı elan olunub.

Universitetlərin qiymətləndirməsi dörd naminasiya üzrə aparılıb. Modern.az xəbər verir ki, olk dəfə olaraq bu siyahıya Azərbaycandan yalnız bir universitet - Xəzər Universiteti daxil edilib. Xəzər Universiteti siyahıda  6.495-ci yerdə qərarlaşıb.

(//www.webometrics.info/top8000.asp?offset=6450)

 

Qonşu Gürcüstandan bu siyahıya 3 universitet düşüb. Onlardan 2-si Xəzər Universitetindən aşağıda, biri - Tbilisi Dövlət Universiteti isə yuxarıda yer alıb. Bu reytinq tədqiqatını dünyanın ən məşhur mərkəzlərindən biri - İspaniyanın Dövlət Elmi Tədqiqat Mərkəzi (Consejo Superior de İnvestigac Cientifacasiones) aparıb. Bu mərkəz 1907-ci ildə Nobel mükafatı laureatı prof. Ramon y Cajal tərəfindən yaradılıb.

Bu siyahı ilə yanaşı bütün ölkələrin ölkədaxili universitetlərinin sıralama reytinqi də elan olunub (www.4icu.org/az). Bu siyahıya da Xəzər Universiteti başçılıq edir. Azərbaycan üzrə siyahıda Qafqaz universiteti 2-ci, Bakı Slavyan universiteti 3-cü, Azərbaycan Dillər Universiteti 4-cü, Azərbaycan Diplomatiya Akademiyası 5-ci yerdədir.

  

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır