Modern.az

Yeni metro qatarları bu istiqamətdə xəttə buraxılacaq

Yeni metro qatarları bu istiqamətdə xəttə buraxılacaq

27 İyul 2021, 13:45

Rusiyanın “Metrovaqonmaş” müəssisəsinin istehsalı olan hər biri 5 vaqondan ibarət 4 yeni qatar sazlanma və sınaq mərhələsindədir.

 

Bu barədə Modern.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

 

Onun sözlərinə görə, yaxın günlərdə bu mərhələ tam yekunlaşdıqdan sonra qatarlar xəttə buraxılacaq.

 

B.Məmmədov deyib ki, sərnişin axını nəzərə alınaraq, yeni qatarların “Həzi Aslanov” - “Dərnəgül” xəttinə buraxılacağı gözlənilir.

 

“Hazırda “Bakı Metropoliteni”ndə sərnişindaşımaya cəlb olunan 56 qatar, yaxud 280 vaqon var. 56 qatardan 40-46-sı müntəzəm xətdə olur. Qatar sayı hərəkət qrafikinə uyğun olaraq tənzimlənir. Bildiyiniz kimi, hazırda “Bakı Metropoliteni”ndə optimal hərəkət qrafiki təmin olunur. Yəni sərnişin sıxlığı nəzərə alınaraq, qatar sayı tətbiq olunur. Mütləq şəkildə maksimal tələb olunan sayda xəttə buraxılacaq, eyni zamanda ehtiyat qatarlar olmalıdır. Bundan əlavə, təmir planına uyğun olaraq, baxış, təmir və digər texniki məsələlər təmin edilir”.

 

Qurum rəsmisi onu da diqqətə çatdırıb ki, yeni qatarlar istismar müddətini başa vuran qatarların əvəzinə alınır:

 

“Yeni qatarlar xəttə buraxılanda, onların əvəzlədiyi qatarlar istismar müddəti bitən gün xətdən çıxarılacaq və utilizasiyaya cəlb olunacaq”.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır